Doqquz yaşlı uşağın başına buz parçası düşdü

07.01.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiyanın Samara şəhərində yaşayış binasının damından azyaşlı uşağın başına buz parçası düşüb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə doqquz yaşlı məktəbli atası ilə birgə hündürmərtəbəli binanın girişindən çıxarkən baş

verir.

Xəsarət alan uşaq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənə tibbi yardım göstərilib. Məktəblinin vəziyyəti barədə əlavə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Lalə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью