Dörd avtomobilin iştirakı ilə ağır yol qəzası 13 nəfər yaralanıb

08.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Şlezviq-Holştayn federal torpağında dörd avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 13 nəfər yaralanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Tıxacda avtomobillərin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb", – məlumatda bildirilib. 

Yaralananlardan doqquzu xəstəxanaya yerləşdirilib. 

Onların durumu açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью