Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin ilk dörd ayı ərzində 28 631 körpə doğulub.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.
Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Bundan başqa, bu ilin yanvar-aprel aylarında ölkədə 21 277 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,1-dən 6,3-ə qədər artıb.