Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında Qran-pri turnirinə start verilib.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə təşkil olunan yarışda mübarizə aparan Azərbaycan millisinin 12 üzvü ilk gündə tatamiyə çıxıb. Onlardan dördü final blokunda medal uğrunda mübarizə aparacaq.
Bürünc medal uğrunda görüşlərdə 63 kq çəki dərəcəsində Hanna Zaytseva və Nilgün Rzayeva, 57 kq-da isə Xədicə Qədəşova özbəkistanlı Maftuna Əhmədova ilə qarşılaşacaq.
57 kq çəki dərəcəsində Vüsalə Hacıyeva isə finalda polşalı Emilia Bielavskaya ilə üz-üzə gələcək.
Qeyd edək ki, final bloku Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 25-də yekunlaşacaq.