Dörd gün əvvəl maşının vurduğu piyada öldü

22.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda dörd gün öncə maşınla vurulan piyada ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Əli Babayev idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1989-cü il təvəllüdlü Şahnaz Zeynalovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, o, dörd gün sonra ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью