Dörd gün öncə maşınla vurulan piyada ölüb

22.11.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda dörd gün öncə maşınla vurulan piyada ölüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Babayev idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1989-cü il təvəllüdlü Şahnaz Zeynalovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, o, dörd gün sonra ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью