Dörd gündür yoxa çıxan 13 yaşlı oğlan tapıldı YENİLƏNİB

28.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda yeniyetmə itkin düşüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yaşayan 13 yaşlı K.A. evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Belə ki, o, noyabrın 25-i saat 13 radələrində evi tərk edib.

Faktla bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsində araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью