Dörd israilli girovun qalıqları İsrailə verildi

20.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Dörd israilli girovun qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinin Qəzzadakı nümayəndələri tərəfindən İsrail hərbçilərinə təhvil verilib.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail Qırmızı Xaç vasitəsilə dörd girovun cəsədi olan tabutları qəbul edib. Tabutlar Qəzza zolağında ordu qüvvələrinə təhvil verilib və oradan da İsrailə aparılacaq”, - Netanyahu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью