Dörd millinin azarkeşləri DÇ 2026 da olmaya bilər ADLAR

14.01.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dörd milli komandanın azarkeşləri DÇ-2026-da olmaya bilərlər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fox News" yayıb.

Bunlar Haiti, Fil Dişi Sahili, İran və Seneqaldır. Adları çəkilən ölkələrin vətəndaşlarının ABŞ-yə girişinə icazə yoxdur. Futbolçular, məşqçilər, eləcə də rəsmi nümayəndələrin təşkilatçı ölkəyə buraxılması nəzərdə tutulsa da, sıravi vətəndaşlarla bağlı vəziyyət fərqlidir.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. Mundial 11 iyun - 19 iyul aralığında baş tutacaq.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью