Dörd ölkədən əsgərlərin Ukraynada yeləşdirilməsi planlaşdırılır

13.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Böyük Britaniya, Fransa, Almaniya və Polşa qüvvələrinin Dnepr çayının qərbində yerləşdirilməsini müzakirə edir".

Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət sabitlik qüvvələrindən gedir:

"Qüvvələrin Dnepr çayının qərbində yerləşdirilməsi o anlama gəlir ki, onlar təmas zonasından kənardadırlar".

30 minə qədər avropalı əsgərin Ukraynanın infrastrukturunu, şəhərlərini və limanlarını qoruyacağı nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью