Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş başlayıb.
Modern.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.
Bildirilib ki, görüş Pakistanın təşəbbüsü və İranın təşkilati dəstəyi ilə keçirilib.
İran nümayəndə heyətinə Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi rəhbərlik edir. Pakistanı ordu komandanı Asim Munir, Səudiyyə Ərəbistanını müdafiə naziri Xalid bin Salman, Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edir.
Görüşün gündəliyinə regional təhlükəsizlik, ABŞ və İsrailin hərbi əməliyyatlarının nəticələri və davam etməsi, həmçinin Fələstin və Livan xalqlarına yardım məsələləri daxildir.