Dörd polkovnikə generalmayor ali hərbi rütbəsi verilib

07.11.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-polkovnik” ali hərbi rütbəsi

general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

polkovnik Gündüz Əliş oğlu Əbdülova

polkovnik Azər Əlövsət oğlu Qasımova

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью