Dörd sərnişin təyyarəsinə bomba xəbərdarlığı

03.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Noyabrın 3-də Avropada müxtəlif aviaşirkətlərə məxsus dörd sərnişin təyyarəsinə bomba hədəsi ilə bağlı məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

İlk hadisə Londondan Varşavaya uçan LOT Hava Yollarına məxsus təyyarədə qeydə alınıb. Pilotlar mümkün təhlükə barədə məlumat aldıqdan sonra təyyarə Varşava yaxınlığındakı Modlin hava limanına eniş edib. Yoxlama zamanı sərnişinlər təyyarədən çıxarılaraq terminala aparılıb. Hadisədən sonra hava limanının fəaliyyəti dayandırılıb.

Daha sonra Kopenhagendən Varşavaya uçan SAS təyyarəsinə də bomba hədəsi barədə məlumat daxil olub. Təyyarə Varşavaya eniş etdikdən sonra mütəxəssislər tərəfindən yoxlanılıb.

Oxşar təhdidlər Mançesterdən İspaniyanın Mursiya şəhərinə uçan Ryanair və Təl-Əvivdən Bolqarıstanın Sofiya şəhərinə uçan El Al təyyarələrinə də ünvanlanıb. Hər iki təyyarə təhlükəsiz şəkildə eniş edib və yoxlamadan keçirilib.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью