Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti və yunan Kiprinin suverenliyi
Xatırladaq ki, sammitin yekun bəyannaməsində “BMT Təhlükəsizlik Şurasəının 541 (1983) və 550 (1984) saylı qətnaməsinə öhdəlik təsdiqlənir”.
40 il öncə qəbul edilən bu qətnamələr yunan Kiprinin suverenliyini qoruyur, adada türk dövlətini qəbul etmir.
Türk Dövlətləri Təşkilatının 4 üzvü - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan BMT-nin məlum qətnaməsini təsdiqləyib, yunan Kiprində səfirlik açmaq qərarına gəlib.
İddialara görə, buna əsas səbəb Avropa İttifaqının Mərkəzi Asiya dövlətlərinə 12 milyard avro dəyərində yatırımlar və ortaq layihələrin reallaşmasını vəd etməsidir.
Xatırladaq ki, 3-4 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərində birinci Aİ-Mərkəzi Asiya Sammiti keçirilib.
Sammitə Özbəkistanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri iştirak ediblər.
Zirvə toplantısından sonra imzalanan bəyannamədə KKTC ilə bağlı yer alan maddə diqqət çəkib.