Dörd vəkilə töhmət verildi

28.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Vəkillər Kollegiyasının növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью