Dörd yaşlı uşaq xəstəxanada öldü

10.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə dörd yaşlı uşaq vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə Gəncə şəhəri 2 sayılı Uşaq Xəstəxanasında qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью