Dörd yüz altmış yaşı olan ingilis pabı bağlandı

28.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

İngiltərənin Nort-Yorkşir qraflığında 460 ildir fəaliyyət göstərən pab bağlanıb.

Teleqraf.com xəbər verir ki, "Windmill Inn" adlanan pab 1564-ci ildə Lonton kəndində açılıb.

"The Drinks Business" nəşri xəbər verir ki, son illər müəssisə gəlir gətirmirmiş. İcarə barədə müqavilənin müddəti bitdikdən sonra isə pabı işlətmək istəyən olmayıb.

Yeni arendatorların tapılacağı təqdirdə, qədim pabın fəaliyyətini bərpa edəcəyi də ehtimal edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью