Dörd yüz mindən çox kambocalı qaçqın düşüb

15.12.2025

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Taylandla münaqişə səbəbindən itkilər və kütləvi köçkünlük artıb

Bu ayın əvvəlindən bəri şiddətlənən Kamboca-Tayland sərhədindəki münaqişə 12 kambocalının ölümünə, 74 nəfərin yaralanmasına və 400 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qalmasına səbəb olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Kambocanın informasiya naziri Neth Pxeaktra deyib.

“Tayland ordusu Kambocanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hücumlarda qırıcı təyyarələr də daxil olmaqla ağır silahlardan, eləcə də kaset bombalarından istifadə edib”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Tayland ordusunun son doqquz gün ərzində silahlı təcavüzü zamanı mülki şəxslər, evlər, körpülər, məktəblər, xəstəxanalar və məbədlər hədəfə alınıb.

O əlavə edib ki, 14 dekabr axşamı etibarilə Tayland ordusunun silahlı təcavüzündən qaçaraq 120.814 ailə (403.601 nəfər) qaçqın olmağa məcbur olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью