Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İsveçrənin Bürgenştok şəhərində keçirilən ABŞ-İran memorandumu üzrə dördtərəfli danışıqların müvəqqəti dayandırılmasından sonra, İran nümayəndə heyəti Qətər tərəfinin rəsmiləri ilə təcili ikitərəfli məsləhətləşmələrə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası operativ məlumat yayıb.
Məlumata görə, dördtərəfli masadan kənarda baş tutan bu qəfil ikitərəfli görüş rəsmi Tehranın diplomatik manevri kimi qiymətləndirilir. İsveçrədəki gərgin diplomatik marafonun pərdəarxası detalları qlobal siyasi analitiklər tərəfindən yaxından izlənilir.
Bildirilib ki, dördtərəfli əsas danışıqların gedişatında yaranan fasilə tərəflərin öz daxilində və müttəfiqləri ilə mövqelərini dəqiqləşdirmək zərurətindən qaynaqlanıb. İran tərəfi yaranan bu qısamüddətli fasilədən dərhal istifadə edərək regional vasitəçi rolu oynayan Qətər nümayəndələri ilə qapalı qapılar arxasında bir araya gəlib.
Aminə ŞAHSUVARQIZI