Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ermənistan Konstitusiya Məhkəməsinin hakimi, keçmiş parlament üzvü Vladimir Vardanyan qurumun yeni sədri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 6-da keçirilən işgüzar iclasın gündəliyinə məhkəmə sədrinin seçilməsi məsələsi də daxil edilib. Vəzifəyə iki hakim – Edqar Şatiryan və Vladimir Vardanyan namizəd göstərilib.
İlk səsvermədə namizədlərdən heç biri tələb olunan səs çoxluğunu qazana bilməyib. Təkrar səsvermənin nəticəsində isə Vardanyan qalib gəlib.
Qeyd edək ki, oktyabrın 14-də də Konstitusiya Məhkəməsinin sədrini seçmək cəhdi olub. Həmin vaxt da eyni namizədlər irəli sürülüb, lakin iki tur səsvermənin heç birində lazımi səs çoxluğu əldə olunmayıb və seçkilər baş tutmamış elan edilib.
Xatırladaq ki, Arman Dilanyanın Konstitusiya Məhkəməsinin sədri kimi səlahiyyət müddəti 12 oktyabr 2026-cı ildə başa çatıb. O, hazırda məhkəmənin hakimi kimi fəaliyyətini davam etdirir.
Murad İsmayıl