Dördüncü gündə 4 cüdoçu

07.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 7-də dördüncü yarış gününün görüşləri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq.

Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.

Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.

Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.

Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью