Doris Pold: “Müəyyən məsələləri yalnız birlikdə həll edə bilərik”

04.06.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biz bir neçə layihə çərçivəsində əməkdaşlıq etmişik. Estoniya, Moldova, Ukrayna və Azərbaycanın iştirakı ilə artıq iki beynəlxalq konfrans təşkil olunub.
Bizim.Media xəbər verir ki, bunu Estoniya İKT Assossiasiyasının İcraçı Direktoru Doris Pold lV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirəsində deyib.
O bildirib ki, həmin konfranslar çərçivəsində geniş informasiya mübadiləsi aparılıb, müxtəlif layihələr həyata keçirilib və tərəfdaşlıq imkanları genişləndirilib.
"Hazırda 21 tərəfdaş bu layihələrə qoşulub, Avropa İttifaqı çərçivəsində layihələr icra olunub. Ukrayna və Moldovadan olan mütəxəssislərin təcrübəsi layihələrin inkişafına mühüm töhfə verib.
Bir neçə ölkənin prosesə qoşulması kibertəhlükəsizlik sahəsində ortaq fəaliyyətin əhəmiyyətini göstərir. Bu onu göstərir ki, müəyyən məsələləri yalnız birlikdə həll edə bilərik”, – deyə o qeyd edib.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью