Dortmund Borussiyasının seriyası qırıldı

01.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dortmund "Borussiya"sı Bundesliqanın 12-ci turunda "Bayern Münhen"ə qarşı keçirdikləri oyunda evdə ilk xal itkisi ilə üzləşib.

Fanat.Az xəbər verir ki, "Signal Iduna Park"da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

"Borussiya" 27-ci dəqiqədə Ceymi Bayno-Qittens ilə önə keçsə də, "Bayern" 85-ci dəqiqədə Camal Musialanın qolu ilə bərabərlik əldə edib. Bu nəticə ilə Dortmund təmsilçisi xallarını 20-yə, Münhen komandası isə 30-a yüksəldib və liderliyini davam etdirib.

Qeyd edək ki, bu mövsüm "Borussiya" evdə keçirdiyi əvvəlki 6 oyunun hamısında qələbə qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью