Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Dortmund “Borussiya”sı “Barselona”nın 20 yaşlı ispaniyalı müdafiəçisi Ektor Fortu heyətinə qatmaq istəyir.
Futbolpress.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi gənc futbolçunun transfer dəyərini 15–20 milyon avro aralığında qiymətləndirir.
“Borussiya” transfer məbləğini aşağı salmağa çalışır. Əgər “Barselona” müqaviləyə futbolçunu geri almaq hüququ və ya növbəti satışdan pay almaq bəndini əlavə edərsə, Almaniya klubu bu keçidi daha əlverişli şərtlərlə rəsmiləşdirə bilər.
“Göy-qırmızılar”ın yetirməsi olan Ektor Fort ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.