“Dortmund”un keçmiş istedadından Fransa seçimi

04.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ millisinin yarımmüdafiəçisi Ciovanni Reyna “Borussiya Münhenqladbax”dan Fransanın “Strasburq” klubuna transfer olunub. Keçidin 4 milyon avro civarında baş tutduğu bildirilir.

Futbolpress.az xəbər verir ki, Reyna Fransa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

23 yaşlı yarımmüdafiəçi “Borussiya Dortmund”dakı altıillik dövrün ardından ötən yay “Münhenqladbax”ın heyətinə keçmişdi, lakin ardıcıl zədələr səbəbindən müntəzəm olaraq meydanda qala bilməmişdi.

“Prussiyalılar”ın Bundesliqanı 12-ci pillədə başa vurduğu mövsümdə amerikalı futbolçu cəmi 19 matçda şans qazanıb və bunların da yalnız 4-də ilk “11-lik”də yer alıb. Reyna mövsüm ərzində yeganə qolunu may ayında “Auqsburq”un qapısından keçirib.

Gənc futbolçu DÇ-2026-da ABŞ yığmasının keçirdiyi 5 oyunun hamısında meydanda olub. Amerikalılar 1/8 finalda Belçikaya 1:4 hesabıyla uduzaraq mübarizəni dayandırmışdılar.

“Strasburq” mövsümün ilk rəsmi matçına avqustun 21-də səfərdə “Marsel”ə qarşı çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью