Icma.az bildirir, Apasport portalına istinadən.
“Borussiya”nın futbolçusu Yulian Brandt karyerasını İtaliyada davam etdirməyə yaxınlaşır.
Apasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə “Milan” klubu təklif göndərib.
“Rossonyerlər” mövsümün sonunda alman futbolçunu heyətinə qatmaqda israrlıdır. Lakin Brandtın “Borussiya” Dortmundla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, o, 2019-cu ildə “Bayer” Leverkuzen klubundan Dortmund təmsilçisinə transfer olunub.
“Qalatasaray”ın şikayəti təmin edilməyib “Milan”ın forvardı “Fənərbaxça”nın radarında Türkiyə millisinin üzvü “Roma”dan ayrıla bilər "Əl-Nəsr"in futbolçusu "Beşiktaş" yolunda Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"