Döş qəfəsinə bıçaqla zərbələr endirildi

14.05.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hüseyinzadə Eyvaz Hacıkərim oğluna bıçaqla zərbələr endirilib.

Döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni zərər görən şəxsin tanışı, rayon sakini Rasulov Murad Telson oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş RPŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. M.Rasulov şübhəli şəxs qismində tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью