Döş xərçəngi riskini artıran gündəlik vərdişlər

07.03.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Onkoloq Keyli Bhanqdia qadınlara döş xərçənginə səbəb ola biləcək bəzi vərdişlərlə bağlı xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, o bu barədə "People" nəşrinə müsahibəsində danışıb.

Keyli Bhanqdia qeyd edib ki, rasionda həddindən artıq qırmızı ətin olması döş vəzi xərçəngi riskini təxminən 11 faiz artırır.

Onun sözlərinə görə, siqaret çəkmək, o cümlədən passiv siqaretə məruz qalmaq halların təxminən 8 faizində döş xərçənginin yaranmasına səbəb ola bilər.

Həkim xəstəliyin yaranma riskini artıran digər amillər kimi qanda şəkər səviyyəsinin yüksək olmasını (6 faiz), piylənməni (4 faiz), alkoqoldan həddindən artıq istifadəni (2 faiz) və aşağı fiziki aktivliyi (2 faiz) qeyd edib.

Həmçinin onkoloq Marie Nq əlavə edib ki, sadalanan bu altı amilin hamısı qadınların gündəlik həyat tərzi ilə bağlıdır. Onun sözlərinə görə, həm ictimai, həm də fərdi səviyyədə sağlam həyat tərzinin təşviqi gələcək nəsillərdə döş vəzi xərçəngi riskini azaltmağa kömək edə bilər. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью