Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Dünyaşöhrətli yapon yazıçı Haruki Murakaminin yeni romanı oxucularla görüşməyə hazırlaşır. Müəllifin “The Tale of Kaho” adlı əsərinin beynəlxalq nəşriyyat hüquqları uğrunda böyük maraq yaranıb.
Kulis.az xəbər verir ki, ABŞ-ın “Knopf” nəşriyyatı romanın Amerika və bir sıra beynəlxalq bazarlarda nəşri hüququnu əldə edib.
Böyük Britaniya və digər ingilisdilli bazarlarda nəşr hüquqları isə “Harvill” nəşriyyatına verilib. Kitabın 2027-ci ilin sentyabrında işıq üzü görməsi planlaşdırılır.
Əsərin baş qəhrəmanı Tokioda yaşayan Kaho adlı uşaq kitabları illüstratorudur. Onun adi həyatı evinin döşəməsinin altında yaşayan iki danışan qarışqayeyənlə qarşılaşmasından sonra dəyişir. Bu qəribə kəşf qadını reallıqla xəyalların sərhədinin itdiyi, müəmmalı hadisələrlə dolu bir səyahətə çıxarır.
Romanın süjet təsviri Murakaminin yaradıcılığına xas olan fantastik, absurd və fəlsəfi elementləri yenidən gündəmə gətirir. Yazıçının oxucuları uzun müddətdir onun növbəti böyük romanını gözləyirlər. Yeni əsərin süjetində gündəlik həyatın içində peyda olan qeyri-adi hadisələrin mühüm yer tutması müəllifin əvvəlki kitablarını sevənlər üçün də maraqlı görünür.
İlon Mask haqqında sənədli film ətrafında qalmaqal "Aerosmith" üç ildən sonra səhnəyə qayıtdı - Konsertə Conni Depp və Deyv Qrohl da qoşuldu Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı