Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mütəxəssislər bildirir ki, evdə istilik itkisinin böyük bir hissəsi döşəmə vasitəsilə baş verir. Yeni trend olan xüsusi izolyasiya örtüklərini döşəməyə sərməklə həm ayaqlarınızı isti saxlaya, həm də evi qısa müddətdə qızdıra bilərsiniz.
Milli.Az xəbər verir ki, binalarda soyuq hava adətən aşağıdan, yəni döşəmədən yuxarıya doğru yayılır. Xüsusilə birinci mərtəbələrdə və ya altında qaraj/zirzəmi olan mənzillərdə döşəmə buz kimi olur. Alüminium folqalı döşəməaltı örtüklər (və ya izolyasiya şiltələri) bu soyuğun qarşısını kəsir.
Döşəməyə (xüsusilə xalçanın altına və ya laminatın altına) sərilən bu parlaq örtüklər iki tərəfli işləyir:
Soyuğu bloklayır: Beton döşəmədən gələn soyuq havanın otağa daxil olmasının qarşısını alır. İstiliyi geri qaytarır: Otaqdakı isti hava (radiatordan və ya qızdırıcıdan gələn) aşağı düşəndə bu parlaq səthə dəyir və yenidən yuxarı, yəni otağın mərkəzinə əks olunur. Beləliklə, otaqda isti hava dövranı yaranır ki, buna da "hamam effekti" deyilir.Bu üsul həm çox ucuzdur, həm də peşəkar köməyi tələb etmir:
Mağazalardan alınan nazik folqalı izolyasiya materialını xalçanın ölçüsünə görə kəsib birbaşa xalçanın altına sərirsiniz.
Ən vacib məqam budur ki, materialın parlaq (alüminium) tərəfi yuxarıya, yəni otağa doğru baxmalıdır ki, istiliyi əks etdirsin.
Bu metod sayəsində döşəmədən gələn soyuq kəsildiyi üçün kombinin dərəcəsini artırmağa ehtiyac qalmır. Bu da ay sonunda qaz puluna 20%-ə qədər qənaət etmək deməkdir.
Lalə Qüdrətova
Milli.Az