DOST Agentliyində vakant vəzifələrə qəbul elan edilib

01.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.

Vakant vəzifələr aşağıdakılardan ibarətdir:

- Audit şöbəsinin müdiri;

- Audit şöbəsinin böyük mütəxəssisi;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin müdiri;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin böyük mütəxəssisi;

- Qarabağ Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə) (Bərdə şəhəri);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (insan resurslarının idarə edilməsi üzrə);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə).

Müsabiqədə iştirak etmək istəyən şəxslər 13.05.2026-cı il tarixinədək buradan qeydiyyatdan keçə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью