DOST Agentliyində yeni təyinat

01.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əziz Əzizzadə Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib.

Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, aparılmış struktur dəyişiklikləri nəticəsində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı həmin Mərkəzin tərkibində Şuşa şəhəri üzrə qəbul şöbəsi kimi fəaliyyət göstərir və Valeh Məhərrəmov həmin şöbənin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

“DOST Çağrı Mərkəzi 142” MMC-nin direktor müavini Fariz Hacızadə isə öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью