DOST Agentliyinə yeni müavinlər təyin olundu

15.03.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Tural Mailov və Aygün Musayeva agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.

Qeyd edək ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Bu təyinata qədər DOST Agentliyi idarə heyəti sədrinin müşaviri olaraq fəaliyyət göstərib.

Aygün Musayeva bu vəzifəyə qədər DOST xidmətləri departamentini müdiri vəzifəsində fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью