Dost dövlətlərin xahişi ilə ABŞ la danışıqlara qərar verdik

03.02.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqların yalnız milli mənafe çərçivəsində aparılacağını bildirib.

Pezeşkian bu barədə “X”-də bildirib.

O qeyd edib ki, regiondakı dost ölkələrin ABŞ Prezidentinin danışıqlarla bağlı təklifinə cavab verilməsi istiqamətində xahişlərini nəzərə alaraq xarici işlər nazirinə müvafiq göstəriş verib.

“Xarici işlər nazirinə tapşırdım ki, yalnız münasib atmosferin olduğu, təhdidlərin və məntiqsiz gözləntilərin olmadığı halda, izzət prinsipi, hikmət və məsləhət əsasında, milli mənafeyimiz çərçivəsində ədalətli danışıqlar üçün zəmin hazırlasın”, – Pezeşkian bildirib.

Qeyd edək ki, “Axios”un yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью