DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 4 il ötür | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mərkəz və filiallarında ötən dövrdə həssas qruplara aid 820-dən çox benefisiara xidmətlər göstərilib.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 4 il ötür.
2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işlər aparılır.
Bu məqsədlə Mərkəzdə 14 istiqamət (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii tikmə, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə yaradıcılıq təlimləri təşkil olunur.
İnklüziv cəmiyyətin inkişafında mühüm rola malik olan müəssisənin son illər İsmayıllı və Bərdə rayonlarında filialları da yaradılıb.
Tam oxu
Xəbəri oxu