DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayları ərzində DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью