DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

25.01.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya məlumat verilib.
Qeyd edilib ki, 2019-cu ilin mayından bu günədək ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,7 faizdir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью