DOST un Kamera Orkestri Qəbələ səhnəsində

01.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə təşkil edilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti - üçüncü günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti keçirilib.

Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konsertin açılış mərasimində bildirilib ki, mərkəz artıq 5 ildir fəaliyyətdədir və bu müddətdə min nəfərdən artıq şəxsə xidmət göstərib. Daha sonra Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestri konsert proqramını təqdim edib.

Konsertdə Edvard Qriqin “Holberq süitası” Prelüd, Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, Yevgeni Doqanın “Mənim zərif və incə canlım”, Azərbaycan xalq mahnısı “Gözəlim sənsən”, Barat Abdullayevin “Hər an qəlbimdəsən” (sözləri B.Abdullayevindir), Azərbaycan xalq mahnısı “Bəri bax”, Fikrət Əmirovun “Aslanın mahnısı” (sözləri Nəbi Xəzrinindir), Emin Sabitoğlunun “Ağ çiçəyim” (sözləri Nəbi Xəzrinindir), Cahangir Cahangirovun “Teymurun mahnısı” səsləndirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari bildirib ki, bir çox beynəlxalq festivallarda iştirak etsələr də, Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk çıxışlarıdır, bu qürurverici anların fəaliyyətlərinin 5 ilinin tam olmasına təsadüf etməsi əlamətdar hadisə kimi yadda qalacaq. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladan Elnarə Ənsari festival çərçivəsində mərkəzdə təlim alan benefisiarların 100-ə yaxın əl işlərinin sərgiləndiyini bildirib.

Qeyd edək ki, günün axşam konserti muğam sənətinə həsr olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью