DOST un tender dostu : yenə milyonlar alacaq

08.08.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“İnnova İnşaat” MMC böyük layihələrin icraçısı kimi tanınır. Məhdud məsuliyyətli cəmiyyət, adətən, iri məbləğli tenderlərin qalibi olur. Təkcə 2025-ci ildə şirkətə belə müsabiqələrdən 30 milyon manatdan çox vəsait gəlib. Bu il də ənənə davam edir.

Bizimyol.info xəbər verir ki, DOST Agentliyinin ardıcıl iki tenderinin qalibi “İnnova İnşaat” olub. Salyan, Hacıqabul, Biləsuvar rayonlarında agentliyin balansındakı inzibati binaların təmir işlərinin satin alınması müqaviləsi başqa şirkətə nəsib olmayıb. “İnnova İnşaat”la 2 milyon 139 min manatlıq anlaşma imzalanıb. Bundan əvvəl isə Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən inzibati binaların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderin də qalibi “İnnova İnşaat” MMC olmuşdu. Burada şirkətə 2 milyon 359 min manat ödənilməsi nəzərdə tutulub.

“İnnova İnşaat” bir-birinin ardınca dövlət qurumlarının tenderlərinin qalibi olur. Keçən il Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri” ilə bağlı tender bu şirkətə nəsib olmuşdu. Qalibə 13 milyon 376,2 manat ödənilmişdi. Buna qədərsə ardıcıl üç tenderdən “İnnova İnşaat”a 17 milyon manatdan çox vəsait çatmışdı.

“İnnova İnşaat” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Zəfər Səmədovdur. Hüquqi ünvanı kimi İmişli rayonu, Qaralar kəndi göstərilir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью