Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib". SİA-nın verdiyi məlumata görə, bu sözləri DOST Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
O qeyd esib ki, vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur: "DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb və 2019-cu ilin may ayında ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 162 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verir".