“Dosta”nı təqdim etdilər Video

04.09.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Xalq artisti Röya Ayxan bəstəkar-müğənni Kazım Can ilə yeni duetini təqdim edib. 

Axşam.az xəbər verir ki, “Dosta” adlanan mahnı artıq dinləyicilərin ixtiyarındadır.

Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana məxsusdur.

Klipin rejissoru Cəlal Kəngərlidir. Ekran işində müğənnilər İsmail Zadə, Nigar Camal, Aygül və stilist Elnur Həsənov da yer alıblar.

Röya və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazları üzərində stilist Elnur Həsənov çalışıb. Röya Ayxanın saç və makiyajı da Elnur Həsənov tərəfindən hazırlanıb.

Rəsmi təqdimatı hələ baş tutmayan “Dosta” artıq sosial şəbəkələrdə böyük maraq yaradıb. Mahnı xüsusilə TikTok-da diqqət çəkərək qısa zamanda geniş auditoriyanın marağına səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью