Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “Allah nəsib edib ki, Azərbaycanda uzunömürlü və reytinq verən seriallar bizim istehs
Bu serialların baş prodüsseri mən olmuşam. “Qız atası” serialının 11 il davam etməsinin səbəbi də elə tamaşaçı istəyidir.
İstənilməyən nələrisə davam etdirə bilmərik. 10-dan çox serial çəkmişik. Yeni bir serial üzərində işləyirik.
Ola bilsin ki, yeni mövsümdən ekranlarda olsun” Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib.
O daha sonra yeni nəsil aktyorlarla bağlı suala cavab verib: “Yeni nəsil aktyorların içində özündən razılıq edənlər də, göylə getmək istəyənlər də olub.
Belə adamlarla qarşılaşmışam. Elələri olub ki, nəyisə tövsiyyə etmişəm.
Eləsi də olub ki, heç nə deməmişəm, çünki onlar tövsiyyə ilə yol gedən adamlar olmayıblar.
Nə qədər bu sahədə çox aktyor olsa bir o qədər də pis işlərdən uzaq olarlar.