Dostlar düşmənə çevrilirlər FOTO

28.01.2026

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Fars-molla rejimi ilə Ermənistan arasında dostluq münasibətləri, qardaşlıq əlzəqələri sıradan çıxmaqdadır. Artıq tərəflər bir-birini düşmən gözündə görməyə başlayıblar. Tehranın Ermənistandakı səfiri Xəlil Şirqolami Ermənistanın İrana düşmən qüvvələr üçün fəaliyyət mərkəzinə çevrildiyini bildirib. O, ermənilərin Yerevandakı səfirliyin qarşısında ədəbsiz və təhqiramiz ifadələrlə müşayiət olunan etiraz aksiyaları keçirdiyini söyləyib.

"Biz İrandan gələn açıqlamalara çox diqqətlə yanaşırıq. Dost ölkəmizin narahatlıqlarını aradan qaldırmaq üçün hər şeyi etmişik və etməyə davam edəcəyik", - deyə Paşinyan bildirib. Yerevandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarına münasibət bildirən baş nazir qeyd edib ki, 2018-ci ildən bəri Ermənistanda heç bir yerdə aksiyalar qadağan edilməyib. O bildirib ki, hakimiyyət heç bir konkret halda fərqli davrana bilməz.

Eyni zamanda, baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti İran səfirliyinin işini diqqətlə izləyir və heç bir şeyin onun fəaliyyətinə mane olmamasını təmin edir: “Biz vəziyyəti, o cümlədən ifadə edilən narahatlıqlara cavab olaraq diqqətlə izləyəcəyik. Və qardaş İran səfirliyinin işində heç bir problemin olmamasını təmin etmək üçün bütün mümkün addımları atacağıq. Qanunu pozan bütün şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”.

İlham

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью