Dostları çağırırdı ki... Qəzaya düşən şəxsin anası (VİDEO)

26.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Aktauda baş verən qəza zamanı təyyarədə olan sərnişinlər arasında Ağdaşın Ərəb kəndindən olan 24 yaşlı Həbib İsmayılov da var.

"Unikal" Baku TV-yə istinadən xəbər verir ki, ailəsi və yaxınları Həbib İsmayılovdan heç bir xəbər tuta bilmir.

H.İsmayılovun anası Xalidə Məmmədova bildirib ki, sonuncu dəfə oğlu ilə təyyarəyə minəndə danışıb:

“Saat 8-ə qalmış danışmışdıq. Demişdim ki, çatan kimi mənə xəbər et ki, ana, sağ-salamatam. Dostları çağırırdı ki, gəl, iş var, işləyək”.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью