Dostları Hüseyn Həsənovu liftdə qorxuzdular

01.02.2025

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dostları Hüseyn Həsənovu liftdə qorxuzdular

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov qorxu dolu anlar yaşayıb. 

OLAY yazır ki, hadisə Hüseynin dostları ilə birgə çoxmərtəbəli binaların liftində baş verib. 

Belə ki, onlar Həsənovun klostrofobiya (qapalı məkan qorxusu - red.) əziyyət çəkdiyini bilə-bilə lifti 20-ci mərtəbədə ondan xəbərsiz dayandırıblar. 

Bu anda bloger liftin düymələrini bir-bir basmağa başlayıb. Az keçməmiş liftin qapıları açılıb və onlar liftən çıxıblar. 

Lifti tərk edən Həsənovun qorxudan bir neçə saniyəlik halı pisləşib. 

Həmin anları dostları telefonun kamerasına həkk ediblər. Bloger isə aözügüdən videonu instaqram səhifəsində “Mən liftləri sevmirəm. Aranızda onları mənim kimi sevməyənlər var? ” şərhi ilə yayımlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью