Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.
“Qafqazinfo”nun məlumatına görə, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Dünən hava limanında Azərbaycan liderini təmtəraqlı qarşılayan BƏƏ yüksəksəviyyəliləri elə ilk dəqiqələrdən ölkəmizlə olan çoxşaxəli yaxınlaşmanı nümayiş etdirmişdilər.
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın 5 ay öncə Qarabağa etdiyi səfər də bu dostluğun möhkəm təməlindən xəbər verirdi.
Dostluq demişkən, indiyədək yalnız Türkiyə ilə hərbi təlimlər keçirilirdisə, bu gün artıq o siyahıda BƏƏ də öz layiqli yerini tutaraq, yeni strateji müttəfiqimizə çevrilib desək, yanılmarıq.
Dostlarımızın sayının artdığını göstərən görüntüləri təqdim edirik: