Dostluq və qardaşlıq əlaqələri

23.06.2026

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan və Türkmənistan təkcə iki qonşu dövlət deyil, eyni dənizi, ortaq tarixi və köklü mədəniyyəti paylaşan iki doğma qardaşdır. Xəzərin birləşdirdiyi bu iki ölkə arasındakı münasibətlər rəsmi müqavilələrdən daha çox, qarşılıqlı etimada, qan qardaşlığına və sarsılmaz dostluğa söykənir. Bu gün həm siyasi, həm də iqtisadi sahədə atılan hər bir birgə addım xalqlarımızın rifahına xidmət edir və aramızdakı mənəvi körpüləri daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də mətbuata bəyanatlarla çıxış ediblər.
İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış ortaq tarixi köklər, mədəni-mənəvi dəyərlər və qardaşlıq münasibətləri birləşdirir. Hər iki xalq ötən əsrdə oxşar ictimai-siyasi proseslərdən keçərək eyni tarixi taleyi yaşamışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan-Türkmənistan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq daha da genişlənmişdir.
Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimiz arasında siyasi qarşılıqlı fəaliyyət əməkdaşlığın əsas dayaqlarından biridir. Qarşılıqlı etimad və səmimi siyasi dialoq olmasaydı, mövcud coğrafi imkanlardan və iqtisadi potensialdan səmərəli şəkildə istifadə etmək mümkün olmazdı. Bu gün Azərbaycan və Türkmənistan regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən, ortaq maraqlardan çıxış edən dost və tərəfdaş ölkələr kimi çıxış edirlər. Məhz möhkəm siyasi münasibətlər iki ölkə arasında enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişafını təmin edir.
Ölkə başçısı mətbuata bəyanatı zamanı vurğulamışdır ki, Azərbaycan-Türkmənistan dostluq münasibətlərinin növbəti bariz nümunələrindən biri də Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən məsciddir. Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə qardaş Türkmənistanın verdiyi bu töhfə iki xalq arasında mövcud olan tarixi bağlılığın, qarşılıqlı hörmətin və mənəvi birliyin təzahürü kimi yüksək qiymətləndirilir. Füzulidə məscidin tikintisi təkcə dini-mədəni irsin bərpasına deyil, eyni zamanda qardaş ölkələrin həmrəyliyinin və dostluğunun möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır. Şübhəsiz ki, bu kimi təşəbbüslər Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanır və iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, dostluq əlaqələrinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью