Dostoyevskinin ilk möcüzəsi: O, dovşanlarla olacaq, bəs siz?.. | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır. "Axı siz bilirsinizmi oralar necədir, anam, bilirsinizmi hara gedirsiniz?
Bəlkə də siz bunu bilmirsiniz, bax onda məndən soruşun! Ora çöldür, əzizim, ora çöldür, yapyalın çöl; bax beləcə ovcumun içi kimi yalın!
Oralarda duyğusuz arvadlar və savadsız mujiklər gəzirlər, sərxoş adamlar gəzirlər.
İndi orada ağacların yarpaqları tökülüb, orada yağmurdur, soyuqdur - siz isə ora gedirsiz!
Hə, cənab Bıkovun orada məşğuliyyəti var, o orada dovşanlarla olacaq; bəs siz?" Bu müdhiş cümlələr Fyodor Dostoyevskinin ilk əsəri olan "Yoxsul insanlar" romanının finalında - qoca aşiq Makar Alekseyeviç Devuşkinin gənc, xəstə sevgilisi və qohumu Varvara Alekseyevna Dobroselovaya dul Bıkovla nikahlanandan sonra yazdığı son məktubundandı.
Roman Makarla Varvaranın məktublarından ibarətdi və Dostoyevskinin bütün detallarda dahilik edəcəyi elə bu əsərindən görünür.
Məktublar üzərində qurulan əsərin baş qəhrəmanı Makar kargüzardı, müxtəlif mətnlərin, o cümlədən bədii əsərlərin üzünü köçürür, ədəbiyyat həvəskarıdı, özü də yazmaq istəyir.
Mətnlər arasında dolaşan qəhrəmanın gənc Varvarayla sevgi macərası da mətnlərdə, məktublardadı.
Tam oxu
Xəbəri oxu