Dostu Kloppun Real la bağlı istəyini açıqladı

30.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Yurgen Kloppun yaxın dostu Miroslav Tanjqa məşqçi barədə maraqlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Klopp təqaüdə çıxmazdan əvvəl həm “Real Madrid”, həm də Almaniya millisində işləmək istəyir. Miroslav Tanjqa AS qəzetinə açıqlamasında, “"Klopp "Liverpul"dan ayrılarkən mənə dedi ki, milli komandanın məşqçisi olmaq və "Real Madrid"in məşqçisi olmaq istəyir” - deyə bildirib.

Qeyd edək ki, Yurgen Klopp “Liverpul”dan ayrıldıqdan sonra “Red Bull” qrupunda Qlobal Futbol Rəhbəri vəzifəsində çalışır. Onun adı “Real”la hallansa da, məşqçinin agenti iddiaları təkzib etmişdi. Kloppun agenti bildirmişdi ki, o, hazırda məşqçi kimi işləmək istəmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью