Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Konya vilayətinin Seydişəhər rayonunda qaban ovu zamanı qətl baş verib.
Avtosfer.az xəbər verir ki, 46 yaşlı Mustafa H. ov zamanı dostu Emre Tepecini təsadüfən başından vurub. O, hadisə yerində həyatını itirib.
Məlum olub ki, onlar sahələrində çöl donuzu sürülərinin olduğu xəbərini alıblar. Bunu eşidən üç dost əraziyə yollanıblar. İddiaya görə, Mustafa H. tüfənglə çöl donuzu sürüsünə atəş açmağa çalışıb. Tüfəngdən atılan güllələr sürücü Emre Tepeciyə dəyib. O, həmin vaxt başını sürünün önündə olan avtomobilin pəncərəsindən çıxarıb.
Mustafa H. və digər bir nəfər jandarma tərəfindən saxlanılıblar.
Hadisə ilə bağlı istintaq davam edir./Unikal/